• 01.04.2026 » 10:25

“60 ilin zəhməti, nüfuzu və dövlətə sədaqət nümunəsi – Zakir Quliyev”

“60 ilin zəhməti, nüfuzu və dövlətə sədaqət nümunəsi – Zakir Quliyev” © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" məlumat verir ki, bu gün  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti PHŞ-in idarə Heyətinin sədri Zakir Quliyevin 60 illik yubileyidir

Hörmətli Zakir müəllim!

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Siz uzun illərdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində məsul vəzifədə çalışaraq ölkəmizin su təsərrüfatı sisteminin inkişafına, meliorasiya sahəsində mühüm layihələrin həyata keçirilməsinə və aqrar sektorun dayanıqlı inkişafına dəyərli töhfələr vermisiniz. Sədr müavini kimi fəaliyyətiniz dövründə göstərdiyiniz peşəkarlıq, uzaqgörənlik və təşkilatçılıq bacarığınız Sizi həmkarlarınız və cəmiyyət arasında hörmətli və nüfuzlu şəxsiyyətə çevirib.

Sizin rəhbərliyiniz və bilavasitə iştirakınızla həyata keçirilən layihələr ölkəmizin su ehtiyatlarının səmərəli idarə olunmasına, torpaqların münbitliyinin artırılmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfə vermişdir. Bu isə Sizin dövlətə və xalqa xidmət yolunda göstərdiyiniz sədaqətin bariz nümunəsidir.

60 illik ömür yolu zəngin təcrübə, gərgin zəhmət və böyük uğurlarla müşayiət olunan şərəfli bir həyat salnaməsidir. Siz qazandığınız nüfuz və etimadla gənc nəslə örnək olan dəyərli ziyalılardansınız.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy həyatınızın növbəti illəri də uğur və nailiyyətlərlə dolu olsun!

60 illik yubileyiniz mübarək olsun, Zakir müəllim!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva