• 15.02.2026 » 19:00

Dövlət çevrilişinə cəhddə ittiham olunan Əli Kərimlinin dəstəklədiyi Cəmil Həsənlinin təbliğatçısı, Sabirabadın “dırnaqarası” ağsaqqalına sosial şəbəkələrdəki çıxışı ilə bağlı açıq sorğu .

Dövlət çevrilişinə cəhddə ittiham olunan Əli Kərimlinin dəstəklədiyi Cəmil Həsənlinin təbliğatçısı, Sabirabadın “dırnaqarası” ağsaqqalına sosial şəbəkələrdəki çıxışı ilə bağlı açıq sorğu . © sabirabadxeber.az
Şrift ölçüsü:
Dövlət çevrilişinə cəhddə ittiham olunan Əli Kərimlinin dəstəklədiyi Cəmil Həsənlinin təbliğatçısı, Sabirabadın “dırnaqarası” ağsaqqalına sosial şəbəkələrdəki çıxışı ilə bağlı açıq sorğu
Sabirabad rayonunun Şəhriyar kənd sakini Abuzər Əhədov Siz oğlunuzun tik-tok hesabı vasitəsi ilə rayon rəhbərliyini, xüsusi ilə bizi informasiya portalı olan sabirabadxeber.az saytını ittiham edirsiniz ki, guya sizə qarşı qarayaxma kompaniyası keçiririk. Əgər belədirsə onda siz aşağıdakı sorğumuzu düzgün və əsaslı faklarla cavablandırın və nəzərinizə çatdırırıq ki, bizim saytın rayon rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur, sayt obyektiv şəkildə rayonla əlaqəli materialların yayımlanması ilə məşğuldur.
1. Hansı səbəbə görə siz 2013-cü ildə Prezident seçkiləri dövründə dövlət çevrilişinə cəhddə ittiham olunan Əli Kərimlinin dəstəklədiyi, radikal müxalifətçi, dırnaqarası namizəd Cəmil Həsənlinin o vaxt Sabirabadda keçirilən çılız yığıncağında müxalifəti dəstəkləməyiniz, “istehfa” qışqıran 5-6 nəfərdən biri olmağınız, ön sıralarda durmağınız, həmin yığıncağa qohum-əqrabanızla getməyiniz barədə heç bir açıqlama verməmisiniz. Məlumat üçün bildiririk ki, həmin yığıncağın video çəkilişi bizdə mövcuddur.
2. Əgər siz AXCP-nin üzvü deyilsinizsə, əgər həqiqətən siz YAP-ın fəallarındansınızsa, əgər dediyiniz kimi bu dövlətin quranlarından birisinizsə hansı səbəbə görə 2013-cü ildə yuxarıda göstərilən yığıncaqda iştirak etmisiniz.
3. 2013-cü ildə Prezident seçkiləri dövründə Sabirabadda keçirilən həmin çılız yığıncağında iştirakınızı sübut edən şəkil də orijinaldı, şübhəniz varsa bizi məhkəməyə verə bilərsiniz. Amma nəzərə alın ki, həmin yığıncağın video çəkilişi bizdə mövcuddur.
4. Həyat yoldaşınızın son 10 ildə heç bir yerdə işləməyib, əgər sübutunuz varsa bizə təqdim edə bilərsiniz.
5. Əgər siz ali təhsilli olduğunuza əminsinizsə, onda diplomunuzun surətini bizə göndərin.
6. Siz bildirirsiniz ki, guya Sabirabadın ağsaqqalısınız, amma çıxışınızda siz “Fuadı tanımıram” deyirsiniz. Sual olunur siz nətər rayonun ağsaqqalısınız ki, 2-ci Qarabağ müharibəsi şəhidi Elgiz Abbaslının atası Fuad Abasovu tanımırsınız.
7. Hansı yolla qızınız Fatimeyi-Zəhra şəhər məktəbindən birdən birə Şəhriyar kənd tam orta ümumtəhsil məktəbində işlə təmin olunub.
8. Bizdə olan məlumata görə icra hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov ona şər-böhtan atdığınız üçün sizi məhkəməyə verib. Əgər siz belə işlərlə məşğul deyilsinizsə, onda nədən narahatsınız, gedin məhkəmədə hüquqlarınızı rahat müdafiə edin, sosial şəbəkələrdə çıxışlarınızla nəyi əldə etmək istəyirsiniz.
Əgər siz özünüzə belə arxayınsınızsa bildiririk ki, bizim portalda sizinlə bağlı yayımlanan istənilən faktla bağlı məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. Ancaq qabaqcadan sizə onu da bildirmək istəyirik ki, bizdə bütün sübutlar var və məhkəmədə özümüzü müdafiə etməyə qadirik.
“Sabirabadxeber” informasiya portalı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva