Abuzər Əhədov özünü YAP-çı kimi təqdim edir, dövlətin qurucularından olduğunu bildirir. Əslində o, heç vaxt Naxçıvanda olmayıb nə dəki, dövlətimizin qurulmasında iştirak etməyib. Əksinə öz şəxsi mənafeyi naminə Ulu Öndərin təbliğatçısı kimi özünü təqdim edir və ayrı-ayrı şəxslərdən reket yolu ilə pul yığmaq istəyir. Belə də ki, rayonda hamı bilir ki, Abuzər Əhədov 2013-cü ildə Prezident seçkiləri dövründə dövlətimizin düşməni, xain Əli Kərimovun dəstəklədiyi radikal müxalifətçi olan dırnaqarası namizəd Cəmil Həsənlinin fəal təbliğatçılarından olmuş, o vaxt Sabirabadda keçirilən çılız yığıncağında müxalifəti dəstəkləyən, “istehfa” qışqıran 5-6 nəfərdən biri olmuş, özüdə ön sıralarda duranlardan biri idi. Bunu sübut edən video material isə radikal müxalifətə aid sosial şəbəkə hesablarında yayımlanmışdır. Düzdür indi Abuzər Əhədov deyəcək ki, güya bu video montajdır, amma bizdə bu videonun originalı da var, lazım gələrsə məhkəmədə sübut da edərik. Ümumiyyətlə bizdə şübhə yaranıb ki, Abuzər Əhədov YAP-ın üzvü olala həm də AXCP-nin də üzvüdür və indi də onları dəstəkləyir. Aidiyyatı orqanlardan xahiş edirik ki, bu məsələ tam araşdırılsın.
Bir məqama da toxunmaq istəyirik ki, biz uzun müddət YAP-ın fəal təbliğatçılarından olmağımıza baxmayaraq hazırda işsizik, amma kifayət qədər pensiya alan Abuzər Əhədovun oğlanları Şəhriyar və Bəxtiyar Əhədovlar DOST-da sosial işçi kimi çalışırlar, qızı Fatimeyi-Zəhra isə Şəhriyar kənd tam orta ümumtəhsil məktəbində işlə təmin olunub. Görünür bu Abuzər Əhədovun şər-böhtan, şantaj əməllərinin bəhrəsidir.
Sabirabad rayon ictimaiyyəti adından YAP Sabirabad rayon təşkilatından xahiş edirik ki, reket yolu ilə pul yığmağa daim cəhd göstərən, istər yaşadığı kənddə, istərsə də rayonda nəinki özü, hətta övladları müsbət xarakterizə olunmayan Abuzər Əhədovun partiyadan xaric olunması məsələsinə baxılsın. Çünki belə bir şəxsin böyük bir partiyanın üzvü olmağa heç bir haqqı yoxdur.
Sabirabad rayon ictimaiyyəti adından,
YAP fəalları
Pərvanə Zərbalıyeva
və başqaları



