• 27.03.2026 » 18:38

Keçidi su basdı - Video

Keçidi su basdı - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Paytaxt Bakıda müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara və subasmalara səbəb olub.

“Sabirabadxəbər” “Real TV”yə istinadla xəbər verir ki, güclü yağış nəticəsində şəhərin bir sıra küçə və prospektləri su altında qalıb.

Xüsusilə hər il bənzər mənzərənin yaşandığı Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma hadisəsi qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar tuneldə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.

Bundan başqa, Binə, Ramana və Sulutəpə qəsəbələrində də yağıntının miqdarının çox olması səbəbindən həyətyanı sahələri və yolları su basıb. Hazırda bəzi ərazilərdə hərəkətin çətinləşdiyi və nəqliyyatda sıxlıqların yarandığı bildirilir.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında analoji hava şəraiti zamanı Sabunçu keçidində iki nəfər boğularaq həlak olmuşdu.

Daha ətraflı videomaterialda:


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva