• 23.03.2026 » 18:43

Rəsulzadənin öz əli ilə əkdiyi ağac

Rəsulzadənin öz əli ilə əkdiyi ağac © sabirabadxeber.az
Şrift ölçüsü:

Tədqiqatçı-jurnalist Nəcibə Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı diqqətçəkən paylaşım edib.


 "Sabirabadxəbər" xəbər verir ki, araşdırmaçı Rəsulzadənin Ramana kəndi ərazisində öz əli ilə əkdiyi qocaman qarağac ağacının fotosunu ictimaiyyətlə bölüşüb.


Nəcibə Bağırzadə bildirib ki, sözügedən ağacın yaşı 100 ildən çoxdur. Onun sözlərinə görə, bu ağacla bağlı araşdırmasını illər əvvəl "Mənim qarağacım” adlı məqaləsində dərc etdirib.


Araşdırmaçı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin Ramana kəndi və burada yaşayan müsavatçılarla sıx əlaqələri olub. Bildirildiyinə görə, qarağac ağacı Rəsulzadə tərəfindən dostu Muradın həyətində əkilib. Murad isə sonradan oğluna dostunun – Məhəmməd Əmin bəyin adını verib. Həmin adaşın məzarı hazırda Ramana qəbiristanlığında yerləşir.


"Ramanaya hər gedəndə mütləq o qarağacı da salamlayıram. Məhəmməd Əmin Rəsulzadənin ideyaları, əsərləri, keçdiyi yol kimi, bütün yadigarları dəyərlidir. Sonsuz sevgi və minnətdarlıqla yad edirəm”, – deyə Nəcibə Bağırzadə paylaşımında vurğulayıb.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva