• 27.03.2026 » 16:56

Qobustanda qəza - Bakı-Şamaxı yolu bağlandı

Qobustanda qəza - Bakı-Şamaxı yolu bağlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, qəza Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin idarəetmədən çıxması nəticəsində qeydə alınıb.

Hadisə səbəbindən magistral yolun bir tərəfi tamamilə bağlanıb. Nəticədə paytaxt istiqamətində uzunmüddətli tıxac yaranıb və onlarla avtomobil yolda qalıb.

Hazırda əraziyə polis əməkdaşları cəlb olunub. Yolun hərəkət hissəsinin təmizlənməsi və nəqliyyatın hərəkətinin yenidən bərpası istiqamətində işlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva