• 28.02.2026 » 17:45

Şirvanda yolların acınacaqlı durumu narazılıq yaradıb

Şirvanda yolların acınacaqlı durumu narazılıq yaradıb © sabirabadxeber.az
Şrift ölçüsü:

"SABİRABADXƏBƏR" ə Şirvan Şəhər sakinlərinin müraciəti, Şirvan şəhərində yerləşən İstiqlaliyyət küçəsində yolun bərbad vəziyyətdə olması uzun müddətdir ki, sakinlərin və sürücülərin haqlı narazılığına səbəb olur. Küçədə asfalt örtüyünün sıradan çıxması, çuxur və çalaların çoxalması nəticəsində nəqliyyatın hərəkəti çətinləşib, avtomobillərin sıradan çıxma riski artıb.

Sakinlərin bildirdiyinə görə, quru havalarda belə yolda hərəkət etmək çətinləşir. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır – yol palçıq və su ilə dolur, gölməçələr əmələ gəlir. Bu səbəbdən avtomobillər tez-tez palçığa batır, piyadaların hərəkəti mümkünsüz hala düşür. Xüsusilə yaşlılar, uşaqlar və məktəblilər üçün küçədən keçmək təhlükəli olur.

Sürücülər qeyd edirlər ki, yolun bu vəziyyətdə qalması avtomobillərin asqı sisteminə, təkərlərinə və alt hissəsinə ziyan vurur, tez-tez texniki nasazlıqlar yaranır. Gecə saatlarında isə çuxurlar görünmədiyi üçün qəza riski daha da artır.

Sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, problem hələ də öz həllini tapmayıb. Küçədə nə müvəqqəti bərpa işləri aparılıb, nə də əsaslı təmir həyata keçirilib. Bu isə narazılığın ildən-ilə artmasına səbəb olur.

Şirvan sakinləri aidiyyəti qurumlardan İstiqlaliyyət küçəsində təxirəsalınmaz əsaslı yol təmiri aparılmasını, ən azı müvəqqəti olaraq çuxurların doldurulmasını xahiş edirlər. Qeyd olunur ki, yolun bərpası təkcə rahatlıq deyil, təhlükəsizlik baxımından da zəruridir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva