• 27.03.2026 » 11:44

İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR

İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

"Sabirabadxəbər" xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.

Dövlət başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxunub.

Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva