• 01.03.2026 » 15:02

Xameneinin faciəvi vəfatı bizi kədərləndirdi" - Prezident başsağlığı verdi

Xameneinin faciəvi vəfatı bizi kədərləndirdi" - Prezident başsağlığı verdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib. 


"SABİRABADXƏBƏR" xəbər verir ki, başsağlığında deyilir:


"Hörmətli cənab Prezident,


İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.


Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.


Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir.


Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.


Allah rəhmət eləsin!".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva