• 01.03.2026 » 13:50

Ceyhun Bayramov Əraqçiyə başsağlığı verdi

Ceyhun Bayramov Əraqçiyə başsağlığı verdi © sabirabadxeber.az
Şrift ölçüsü:

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.


"SABİRABADXƏBƏR" xəbər verirki, Bu barədə "Unikal"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.


Telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.


İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.


Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.


Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.


Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.


Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva