• 27.03.2026 » 11:27

Qohumların mübahisəsi qanla bitdi

Qohumların mübahisəsi qanla bitdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Goranboyda qohumların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib.

"Sabirabadxəbər" in məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə 34 yaşlı şəxsi yaxın qohumu 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı M.Əliyevi bıçaqlamaqda şübhəli bilinən 2009-cu il təvəllüdlü K.Əliyev saxlanılıb.

Hər iki şəxsin ataları əmioğludur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva