• 21.03.2026 » 21:02

Qonşular arasında mübahisə cinayətlə nəticələndi

Qonşular arasında mübahisə cinayətlə nəticələndi © sabirabadxeber.az
Şrift ölçüsü:

Sumqayıt şəhərində qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.


"Sabirabadxəbər" xəbər verir ki, hadisə bu ilin fevralın 1-də Sumqayıt şəhəri, 29-cu məhəllədə baş verib. 1963-cü il təvəllüdlü Mehdi arasında baş vermiş mübahisə zamanı Mahirin (adlar şərti verilib – red.) ağız nahiyyəsinə vuraraq, ona xəsarət yetirib.


Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.


İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 1-də, saat 19 radələrində sonradan adını bildiyi Mahirin binadan çıxarkən blokun qapısını örtmədiyi üçün aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, mübahisə zamanı bir dəvə onun ağız nahiyyəsindən vurub.


Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.


Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişə barışmasını nəzərə alıb. Bu səbəbdən də onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva