• 29.01.2026 » 21:13

Sabirabadda Şagirdi tanı, həyatı dəyiş lahiyyəsi, uğurla icra olunaraq yekunlaşmışdır.

Sabirabadda Şagirdi tanı, həyatı dəyiş lahiyyəsi, uğurla icra olunaraq yekunlaşmışdır. © sabirabadxeber.az
Şrift ölçüsü:

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Şagirdi tanı, toxunduğun həyatı dəyiş” layihəsi uğurla icra olunaraq 2026-cı ilin yanvar ayında yekunlaşmışdır.

"Sabirabadxəbər.az" xəbər verir ki, Layihənin icrasına 8 oktyabr 2025-ci il tarixdə başlanılmış, açılış tədbirində Mil-Muğan RTİ-nin Sabirabad sektoru üzrə müdiri Mircamal Həşimov, layihə koordinatoru Sevinc Məhərrəmova və layihə rəhbəri Elşad Şərifov iştirak etmişdir.

Layihə çərçivəsində inklüziv təhsilə dair aktual mövzular üzrə təlimlər keçirilmiş, 4 ay davam edən onlayn təlimlərdə 100-ə yaxın müəllim iştirak etmişdir.Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Layihənin icrasında əməyi olan layihə rəhbəri Elşad Şərifova, koordinator Sevinc Məhərrəmovaya və təlimlərdə iştirak edən müəllimlərə xüsusi minnətdarlığımızı bildiririk.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva