Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Şagirdi tanı, toxunduğun həyatı dəyiş” layihəsi uğurla icra olunaraq 2026-cı ilin yanvar ayında yekunlaşmışdır.
"Sabirabadxəbər.az" xəbər verir ki, Layihənin icrasına 8 oktyabr 2025-ci il tarixdə başlanılmış, açılış tədbirində Mil-Muğan RTİ-nin Sabirabad sektoru üzrə müdiri Mircamal Həşimov, layihə koordinatoru Sevinc Məhərrəmova və layihə rəhbəri Elşad Şərifov iştirak etmişdir.
Layihə çərçivəsində inklüziv təhsilə dair aktual mövzular üzrə təlimlər keçirilmiş, 4 ay davam edən onlayn təlimlərdə 100-ə yaxın müəllim iştirak etmişdir.Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Layihənin icrasında əməyi olan layihə rəhbəri Elşad Şərifova, koordinator Sevinc Məhərrəmovaya və təlimlərdə iştirak edən müəllimlərə xüsusi minnətdarlığımızı bildiririk.