• 23.03.2026 » 11:26

Qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb

Qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb © sabirabadxeber.az
Şrift ölçüsü:

38 yaşlı şəxsdən 12 kq narkotik vasitə götürülüb.

"Sabirabadxəbər" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva