• 16.02.2026 » 10:22

Astarada 64 kq narkotik dövriyyədən çıxarılıb

Astarada 64 kq narkotik dövriyyədən çıxarılıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Astarada 64 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

"Sabirabadxəbər.az" xəbər verirki, 

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb.

Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb.
Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva