• 10.03.2026 » 12:41

Lerikdə 20 kq narkotik aşkarlandı

Lerikdə 20 kq narkotik aşkarlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Qələmşah Qədimov saxlanılıb.

"Sabirabadxəbər" xəbər verir ki,  DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 20 kiloqram mariuxana aşkarlanaraq götürülüb. Araşdırma zamanı Q.Qədimovun Lerik rayonu ərazisində əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü deyiləcək ünvanlara çatdırmaq barədə istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva