Şrift ölçüsü:
Çap et
Ötən gün qanunsuz saxlanılan 5 avtomat, 9 tüfəng aşkarlanıb.
"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
N.Səmədova
Kopyalandı



