Şrift ölçüsü:
Çap et
Martın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 5 qumbara, 5 alışdırıcı, 24 tüfəng, 2 patron darağı, 117 ədəd müxtəlif çaplı patron və 8 mərmi aşkar edərək götürüblər.
"Sabirabadxəbər" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
N.Quliyeva
Kopyalandı



