sabirabadxeber.az / Qanunsuz saxlanılan avtomat və tüfəng aşkarlandı

Qanunsuz saxlanılan avtomat və tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 5 avtomat, 9 tüfəng aşkarlanıb.


"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


N.Səmədova

21.03.2026 » 20:12
Geri