• 19.03.2026 » 23:41

Ali məktəblərdə təhsil haqları artacaq-VİDEO

Ali məktəblərdə təhsil haqları artacaq-VİDEO © sabirabadxeber.az
Şrift ölçüsü:

Hər il universitetlərdə bəzi ixtisaslar üzrə təhsil haqqında baş verən dəyişikliklər həm abituriyentlər, həm də valideynlər arasında müzakirə mövzusuna çevrilir.


 "Sabirabadxəbər" Xezerxeber.az-a istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev növbəti təhsil ilində də ali məktəblərin təhsilhaqqı qiymətlərində artım olacağını istisna etmir. Bəs hər il olan artımlar hansı səbəblərlə bağlıdır?


Millət vəkili bildirir ki, universitetlər dövrün tələbinə uyğun olaraq yeni ixtisaslar yaradırlar. Bu səbəbdən də yeni laboratoriyalar yaradılır, tədris prosesinə yeni müəllimlər cəlb edilir. Bu da təhsilhaqqının artımını qaçılmaz edir.


Təhsil eksperti Elmin Nurinin fikrincə, ali məktəblərin artan xərcləri ödəmək üçün təhsil haqlarının artırmaqdan başqa yolu yoxdur.


Təhsil haqqında artımların olub-olmayacağını öyrənmək üçün bir neçə dövlət ali təhsil müəssisəsinə sorğu ünvanladıq. Lakin indidən heç bir açıqlama verməyəcəklərini bildirdilər. Özəl ali təhsil ocaqlarından isə Odlar Yurdu, Qərbi Kaspi və Xəzər Universitetindən artan xərclər səbəbindən bəzi ixtisasların illik ödənişlərində artım olacağı deyildi.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva