• 19.03.2026 » 11:14

Ucarda əməliyyat - Saxlanılanlar var

Ucarda əməliyyat - Saxlanılanlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Rövşən Mustafayev və 31 yaşlı Mahir Namazov saxlanılıblar.

"Sabirabadxəbər" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 3 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri Bakı şəhərinə aparmaq və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, R.Mustafayev və M.Namazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva