• 17.02.2026 » 16:39

Qobustanda 4 kq narkotik vasitə aşkarlandı

Qobustanda 4 kq narkotik vasitə aşkarlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev, Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıblar.

"Sabirabadxəbər.az" "Unikal"a istinadən xəbər verir ki, onlardan 4 kiloqram narkotik vasitə marixuana və tiryək aşkarlanıb. 

Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva