• 29.01.2026 » 15:23

Torpaq vergisi bəyannaməsi dəyişdirildi

Torpaq vergisi bəyannaməsi dəyişdirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətini dəyişib.

"Sabirabadxəbər.az" quruma istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, torpaq vergisi üzrə bəyannamələrin təqdim edilməsi müddəti müəyyənləşdirilib.

Məcəllənin 208.2-ci maddəsinə uyğun olaraq, müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və tətbiq olunan vergi dərəcələrinə əsasən, illik qaydada hesablayırlar. Hesablanmış torpaq vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin yanvarın 31-dən gec olmayaraq müvafiq vergi orqanına təqdim edilməlidir. Bu il 31 yanvar tarixi iş günü olmadığına görə, hesabatın təqdim olunması müddəti həmin tarixdən sonrakı birinci iş gününə qədər, yəni fevral ayının 2-nə qədər artırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva