"Sabirabadxəbər" xəbər verirki, Saatlı rayonunun İkram Ağayev adına Nabatkənd kənd tam orta ümumtəhsil məktəbində şagirdlər arasında “Çeviklərin yarışı” adlı idman yarışına start verilib.
Məktəbin təşkilatçılığı ilə keçirilən bu tədbirin əsas məqsədi şagirdlərin fiziki hazırlığını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və məktəblilər arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.
Yarışın açılış mərasimində məktəbin müəllim heyəti və şagirdlər iştirak edib. Çıxış edən müəllimlər idmanın gənclərin sağlam inkişafında mühüm rol oynadığını vurğulayaraq bu cür tədbirlərin şagirdlərin həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir göstərdiyini qeyd ediblər.
“Çeviklərin yarışı” çərçivəsində şagirdlər müxtəlif estafet və çeviklik tələb edən tapşırıqlarda öz bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları böyük həvəslə mübarizə apararaq komanda ruhu və birlik nümayiş etdiriblər.
N.Quliyeva









