• 16.03.2026 » 14:20

Azərbaycan batut gimnastları Niderlandda medallar qazandı

Azərbaycan batut gimnastları Niderlandda medallar qazandı © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurlu çıxışları ilə fərqləniblər. Fərdi proqramda Selcan Mahsudova (56.580 xal) və Maqsud Mahsudov (60.030 xal) qızıl medal qazanaraq ölkəmizi fəxrlə təmsil ediblər.

Həmçinin, Hüseyn Abbasov (57.410 xal) bürünc medalın sahibi olub. Gimnastlarımızın uğuru Azərbaycanın beynəlxalq gimnastika arenasında nüfuzunu daha da artırıb və ölkəmizin idman uğurlarına yeni səhifə əlavə edib.

Qeyd edək ki, bu turnir dünya səviyyəli idmançılar arasında keçirildiyi üçün əldə olunan nəticələr böyük əhəmiyyət kəsb edir. İdmançılarımızı bu nailiyyət münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq.

Təbrik edirik🇦🇿



N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva