Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər" məlumat xəbər verir ki,Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 3 aprel tarixində Bərdə şəhərində vətəndaşları qəbul edəcək.
✅ Qəbulda Bərdə və Ağdam sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 19 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
N.Quliyeva
Kopyalandı




