"SABİRABADXƏBƏR" xəbər verir ki, 6 mart tarixində Anar Quliyevin Xankəndi şəhərinə səfəri planlaşdırılır. Səfərin əsas məqsədi bölgədə həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə yerində tanış olmaq, mövcud vəziyyəti qiymətləndirmək və vətəndaşlarla görüş keçirməkdir.
Səfər çərçivəsində şəhərdə icra olunan infrastruktur layihələri, sosial obyektlərin fəaliyyəti və perspektiv inkişaf planları müzakirə olunacaq. Həmçinin vətəndaş müraciətlərinin dinlənilməsi və onların qaldırdığı məsələlərin operativ həlli diqqət mərkəzində olacaq.
Xankəndidə aparılan genişmiqyaslı quruculuq işləri regionun sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verir. Bu baxımdan rəsmi səfərin şəhərin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacağı gözlənilir.
Qeyd edək ki, belə səfərlər dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələrin möhkəmləndirilməsinə və mövcud problemlərin yerində həllinə xidmət edir.
Görüşdə Xankəndi , Ağdərə və Xocalı sakinləridə iştirak edə bilərlər
Yazılı müraciəti e-poçt vasitəsilə göndərmək mümkündür: office@arxkom.gov.az
Aşağıdakı nömrələr vasitəsilə qəbula şifahi müraciət edə bilərsiniz:
☎️ (+994 12) 597 00 47 və ya (+994 12) 595 13 50 (daxili: 578, 599, 163)



