• 08.02.2026 » 10:26

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər.az" xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.


Qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər.


Adları çəkilən şəhər və rayonların sakinləri 13 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.


Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva