• 15.03.2026 » 22:00

Qazaxıstanın Bakıdakı səfirliyində səsvermə keçirilir

Qazaxıstanın Bakıdakı səfirliyində səsvermə keçirilir © sabirabadxeber.az
Şrift ölçüsü:

Qazaxıstanın Bakıdakı səfirliyində yeni Konstitusiya ilə bağlı referendum çərçivəsində səsvermə keçirilir.


 "Sabirabadxəbər" xəbər verir ki, bu barədə Qazaxıstanın Bakıdakı səfirliyi məlumat verib.


Yerli vaxtla saat 16:00-a olan məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 162-si səs verib.


Seçicilər arasında Azərbaycan universitetlərinin tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin Azərbaycandakı filiallarının əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn qazaxıstanlı məktəblilərin valideynləri və müəllimləri var idi.


Xatırladaq ki, səfirlikdəki seçki məntəqəsi səsvermə üçün Bakı vaxtı ilə saat 20:00-a qədər açıq olacaq.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva