• 13.03.2026 » 11:02

16 kq narkotik vasitə aşkarlandı

16 kq narkotik vasitə aşkarlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib. 

"Sabirabadxəbər" xəbər verir ki, əməliyyat zamanı 32 yaşlı Şəhriyar Cahangirli və 33 yaşlı Əli Quliyev saxlanılıblar. Onlardan 12 kiloqramdan artıq marixuana, həşiş və tiryək aşkarlanıb. Həyata keçirilən digər əməliyyat zamanı isə 30 yaşlı Samir Muradov da analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən 4 kiloqram marixuana, tiryək və psixotrop tərkibli həblər aşkarlanıb. 
 
Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva