• 11.03.2026 » 13:42

Emin Əmrullayev Şuşada tədris prosesini izlədi - Foto

Emin Əmrullayev Şuşada tədris prosesini izlədi - Foto © sabirabadxeber.az
Şrift ölçüsü:

Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. 

Bildirilib ki, nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.

Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva