• 10.03.2026 » 22:30

Palçıqlı yollardan təngə gələn Kürdəmir sakinləri

Palçıqlı yollardan  təngə gələn Kürdəmir sakinləri © sabirabadxeber.az
Şrift ölçüsü:

Kürdəmirin Sovla kəndinin 2 mindən çox əhalisi uzun illərdir ki, yolun pis vəziyyətdə olmasından əziyyət çəkir.


"Sabirabadxəbər" xəbər verir ki, kənd sakinlərindən biri Baku TV-yə bildirib ki, təcili tibbi yardım çağırdıqlarında xəstəni xəstəxanaya çatdırana qədər bir çoxları yolda vəfat edir:

Hamilə qadınlar uşaqları evdə dünyaya gətirirlər. Sovet dövründən bəri bu yol asfaltlanmayıb".


Başqa bir sakin isə qeyd edib: "37 yaşım var. Bu yaşa qədər yol problemi səbəbindən yaxşı bir gün görməmişəm. Uşaqları eşşək arabasında məktəbə aparırıq. Bu kəndin iki qəbiristanlığı var: biri qış, biri yay üçün".


Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Sovla kəndinə gedən yol Kürdəmir-Zərdab yolunun 15-ci kilometrliyindən ayrılır və ümumi uzunluğu 3 kilometrdir, çınqıl örtüklüdür. Kənd yolu təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib və gələcəkdə mərhələli şəkildə digər avtomobil yolları ilə bərabər investisiya proqramına daxil edilərək təmiri həyata keçiriləcək.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva