• 09.03.2026 » 15:04

Şirvan-Salyanda Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Şirvan-Salyanda  Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər təşkil olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.


"SABİRABADXƏBƏR" xəbər verir ki, Şirvan şəhər Uşaq Musiqi Məktəbində, Dövlət Rəsm Qalereyasında və Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən sərgi, konsert və tədbirlərdə çıxış edənlər Azərbaycan qadınının cəmiyyət həyatındakı mühüm rolundan, dövlət quruculuğunda və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edərək onların ölkənin inkişafına verdiyi töhfələri vurğulayıblar.


Bayram münasibətilə təşkil olunan konsert proqramında məktəbin müəllim və şagirdləri tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva