• 02.03.2026 » 17:41

“Narkomaniya ümumbəşəri bəladır”

“Narkomaniya ümumbəşəri bəladır” © sabirabadxeber.az
Şrift ölçüsü:

"SABİRABADXƏBƏR" xəbər verir ki, Yasamal rayonunda yerləşən 336 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” və “Sosial şəbəkələrdən məktəblilərin istifadəsi” mövzularında maarifləndirici tədbir keçirilib.


Tədbirdə iştirak edən Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev narkomanlıq və onun yaratdığı təhlükələrdən danışıb, bu istiqamətdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib, neqativ halların aradan qaldırılması üçün uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.


Tədbir zamanı şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidləri ilə bağlı zəruri məlumatlar da verilib. 


Eyni zamanda sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə məsələsinə xüsusi diqqət çəkilib.


Sonda şagirdlərin mövzularla bağlı sualları cavablandırılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva