• 20.02.2026 » 20:00

"Narkomaniya ilə mübarizə və Kibercinayətlər" maariflındirici görüş

"Narkomaniya ilə mübarizə və Kibercinayətlər" maariflındirici görüş © sabirabadxeber.az
Şrift ölçüsü:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində müəllim və şagird kollektivi ilə “Narkomaniya ilə mübarizə və Kibercinayətlər” mövzusunda maarifləndirici görüş keçirilib. 


"Sabirabadxəbər.az" xəbər verirki, Tədbirdə iştirak edən Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayev narkomanlıq və onun yaratdığı təhlükələrdən danışıb, kibertalamalarla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib. 


V.Ağayev neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, gənclərin zərərli vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri üçün tövsiyələr verib.


Sonda narkomanlığın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva