• 27.02.2026 » 13:28

Avropa Liqasında 1/8 finalın püşkü atılacaq

Avropa Liqasında 1/8 finalın püşkü atılacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatmada əsas mərhələni ilk “səkkizlik”də başa vuran kollektivlər - "Aston Villa" (İngiltərə), "Lion" (Fransa), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Roma" (İtaliya), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya) və pley-offun qalibi olmuş eyni sayda komanda - "Lill" (Fransa), "Genk" (Belçika), "Panatinaikos" (Yunanıstan), "Bolonya" (İtaliya), "Ferentsvaroş" (Macarıstan), "Nottinqem Forest" (Almaniya), "Ştutqart" (Almaniya) və "Selta" (İspaniya) iştirak edəcək.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva