Şrift ölçüsü:
Çap et
Sabirabad rayon Kürkəndi kənd sakini YAP fəalı Pərvanə Zərbaliyevadan Abuzər Əhədovla bağlı ilginc fikirlərini bildirmişdir.
Şəhriyar kənd sakini Abuzər Əhədov indi də informasiya portalı olan sabirabadxeber.az saytına qarşı əsassız ittihmlar sürməyə başlamışdır. İnformasiya portalı olaraq biz ona açıq sorğu göndərmişdik, lakin o, bizə əsaslı dəlillər təqdim etmək əvəzinə bizi qarayaxmada ittiham etmiş və həmişəki kimi ölkə Prezidenti cənab İlham Əliyevə və müxtəlif ali orqanlara həqiqəti əks etdirməyən faktlarla dolu ərizələr yazmağa başlamış və bunu sosial şəbəkələrdə yayımlamışdır.
Ərizəsində olan bir məsələyə aydınlıq gətirmək istəyirik. Abuzər Əhədov ərizədə qeyd edir ki, məhkəmənin hökmü olmadan heç kim ittiham oluna bilməz. Amma özü uzun illərdir belə işlərlə məşğuldur.
Abuzər Əhədov sizin 2013-cü ildə Prezident seçkiləri dövründə Sabirabadda keçirilən çılız yığıncaqda müxalifəti dəstəkləməyinizin, “istehfa” qışqıran 5-6 nəfərdən biri olmağınızın, ön sıralarda durmağınızın, həmin yığıncağa qohum-əqrabanızla getməyinizin sübutu üçün məhkəmənin hökmünə ehtiyac yoxdur, bunu sübut edən video material mövcuddur. Yaxın vaxtlarda həmin videonu da nümayiş etdirəcəyik.
Eyni zamanda YAP-na xəyanət etməyinizin sübutu üçün də məhkəmənin hökmünə ehtiyac yoxdur, çünki bunun sübutu sizin 2013-cü ildə yuxarıda göstərilən yığıncaqda iştirak etməyinizdir.
Həyat yoldaşınızın da son 10 ildə heç bir yerdə işləmədiyinə dair əlavə sübutlara ehtiyac duyulmur, bu bir faktdır.
Eynisi ilə sizin ali təhsilli olmadığınız göz qabağındadır, bunun üçün məhkəmənin qərarı lazımdır?
Yoxsa özünüzü rayonda ağsaqqal kimi təqdim edib amma şəhid atası Fuad Abasovu tanımadığınızı açıq şəkildə bəyan etməyinizi sübut etmək üçün məhkəmənin hökmü lazımdır?
Amma icra hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov ona şər-böhtan atıldığı üçün məhkəməyə müraciət edib, bu pozulmuş hüquqların bərpa olunması ilə bağlı atılmış qanunauyğun addımdır.
Bir daha bildiririk əgər siz özünüzə belə arxayınsınızsa bizim portalda sizinlə bağlı yayımlanan istənilən faktla bağlı məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. Lakin görünür ki, həmişəki kimi siz qanuni yolla getmək istəmirsiniz, evdə oturub öz peşənizlə şər-böhtan dolu ərizələr yazmaqla məşğulsunuz.
“Sabirabadxeber” informasiya portalı
Kopyalandı



