• 14.02.2026 » 11:02

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, dağ xizəyi, biatlon, bobsley, xizəksürmə, körlinq, sərbəst üslubda xizəksürmə, hokkey, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma, sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.
Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva