• 08.02.2026 » 17:40

"Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

"Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib.

“Sabirabadxəbər.az” xəbər verir ki, “Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb.

Onların matça buraxılmamasının səbəbi bəlli deyil.

Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi bu gün əvəzedici heyətlərin matçına qonaq komandanın azarkeşlərini buraxmayıb.

Qeyd edək ki, həmin qarşılaşmada “Qarabağ” rəqib komandanı 2:0 hesabı ilə məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva