• 08.02.2026 » 13:57

"Qırmızı bülleten”lə axtarılan 15 cinayətkar Türkiyəyə təhvil verildi

"Qırmızı bülleten”lə axtarılan 15 cinayətkar Türkiyəyə təhvil verildi © sabirabadxeber.az
Şrift ölçüsü:

"Qırmızı bülleten”lə beynəlxalq axtarışda olan 9 və milli səviyyədə axtarışda olan 6 cinayətkar Türkiyəyə təhvil verilib.

“Sabirabadxəbər.az”   xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama yayıb.

Bildirilib ki, şübhəlilər Gürcüstan, Almaniya, Monteneqro, Azərbaycan, Yunanıstan və Şimali Makedoniyada tutularaq ölkəyə ekstradisiya olunublar.

Onlar qətl, qətlə cəhd, narkotik qaçaqmalçılığı, cinsi istismar, hücum, soyğunçuluq, oğurluq və fırıldaqçılıq ittihamları ilə axtarılırdılar.

Ekstradisiya edilənlər arasında 2023-cü ildə Bodrumda keçmiş həyat yoldaşını və qızını öldürməkdə ittiham olunan qətl şübhəlisi də yer alır.

Nazir əməliyyatların davam edəcəyini bildirib:

“Qırmızı bülleten”lə axtardığımız mütəşəkkil cinayətkar qrupların üzvlərini və narkotik qaçaqmalçılarını bir-bir tutub ölkəmizə qaytaracağıq. Qaçış yolu yoxdur”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva