• 26.01.2026 » 21:22

Taksi ilə evə çağırdığı anasını öldürməkdə ittiham olunur - VİDEO

Taksi ilə evə çağırdığı anasını öldürməkdə ittiham olunur - VİDEO © sabirabadxeber.az
Şrift ölçüsü:
Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində ağır qətl hadisəsi baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası, 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə ittiham olunur.
"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə günü Emil Ağayev həyat yoldaşı ilə qayınanasının evində qalıb. Səhər saatlarında isə öz evinə qayıdaraq anasının işdən gəlməsi üçün taksi göndərib. Həyat Ağayeva evə daxil olduqdan sonra o, bıçaqlanaraq öldürülüb.
Qonşular bildiriblər ki, ailə sakit və münaqişəsiz tanınıb, hadisə hər kəsi təəccübləndirib. Digər bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu iddia edib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva