• 07.02.2026 » 14:40

AAYDA-nin yeni İdarə Heyətinin sədri agentliyin kollektivinə təqdim edilib

AAYDA-nin yeni İdarə Heyətinin sədri agentliyin kollektivinə təqdim edilib © sabirabadxeber.az
Şrift ölçüsü:

AAYDA-nin yeni İdarə Heyətinin sədri agentliyin kollektivinə təqdim edilib


"Sabirabadxəbər.az"  xəbər verir ki, Fevralın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2026-cı il tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilən Vüsal Nəsirlini agentliyin kollektivinə təqdim edib.


Təqdimat zamanı Natiq Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, yol infrastrukturu sahəsində əldə olunan nəticələrin isəxüsusi əhəmiyyət daşıdığını bildirib.


O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayaraq, agentliyin qarşısında duran əsas vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar barədə məlumat verib. Natiq Əmirov bu tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.


İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında Prezident tərəfindən ona göstərilən etimadı yüksək qiymətləndirib.O, yol təsərrüfatının inkişafı, infrastruktur layihələrinin keyfiyyətinin artırılması və bu sahədə islahatların davam etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərin layiqincə həyata keçirilməsi üçün bütün səylərini göstərəcəyini bildirib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva