• 17.10.2026 » 09:10

Sabirabad rayonunda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə gənclərlə görüş keçirilib.

Sabirabad rayonunda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə gənclərlə görüş keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:
🟢 Sabirabad rayonunda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə gənclərlə görüş keçirilib.
📆Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Sabirabad Sosial-İqtisad Kollecinin və Sabirabad Gənclər evinin birgə təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə gənclərlə görüş keçirilib.
🇦🇿Görüş zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, milli dövlətçilik ənənələrimizdən və müstəqilliyimizin qorunmasının vacibliyindən bəhs olunub.
🔊Bildirilib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan tarixinin mühüm hadisələrindən biridir. Gənclərin diqqətinə çatdırılıb ki, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafına töhfə vermək hər bir vətəndaşın məsuliyyətidir.
🎥 Sonda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva