🟢 Sabirabad rayonunda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə gənclərlə görüş keçirilib.
📆Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Sabirabad Sosial-İqtisad Kollecinin və Sabirabad Gənclər evinin birgə təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə gənclərlə görüş keçirilib.
🇦🇿Görüş zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, milli dövlətçilik ənənələrimizdən və müstəqilliyimizin qorunmasının vacibliyindən bəhs olunub.
🔊Bildirilib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan tarixinin mühüm hadisələrindən biridir. Gənclərin diqqətinə çatdırılıb ki, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafına töhfə vermək hər bir vətəndaşın məsuliyyətidir.
🎥 Sonda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.