• Dünən, 15:30

Müəllimlərin ikinci iş yeri üzrə qeydiyyatı başladı

Müəllimlərin ikinci iş yeri üzrə qeydiyyatı başladı © sabirabadxeber.az
Şrift ölçüsü:
📣Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diqqətinə!
---
İkinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərmək istəyən müəllimlər üçün qeydiyyat prosesinə start verilib.
Müraciət edən müəllimlər yalnız müraciət etdikləri ixtisas üzrə vakant dərs saatları mövcud olduğu halda əvəzçilik qaydasında dərslə təmin ediləcəklər.
Bir vakant dərs yükü üçün birdən çox namizəd müraciət etdiyi hallarda seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
🔹Sertifikatlaşdırmada iştirak etmiş namizədlər arasında nəticəsi daha yüksək olan müəllimə üstünlük veriləcək;
🔹Sertifikatlaşdırma prosesində iştirak etməyən namizədlər üçün sonuncu qiymətləndirmə nəticəsi (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsi) əsas götürüləcək;
🔹İkinci iş yerində fəaliyyətin müəllimin əsas iş yerindəki dərs yükünə və iş qrafikinə mane olmaması nəzərə alınacaq;
🔹Əsas iş yeri ilə ikinci iş yeri arasındakı məsafənin uyğunluğu qiymətləndiriləcək.
Müəllimlər qeydiyyat üçün təqdim olunan elektron müraciət formasını dolduraraq prosesdə iştirak edə bilərlər.
🗓️Son qeydiyyat tarixi: 14 sentyabr, saat 🕛15:00-dək.
Müəllimlərə qeydiyyat zamanı məlumatları düzgün və tam şəkildə təqdim etmələri tövsiyə olunur.
🔗Qeydiyyat linki:

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva