Şrift ölçüsü:
Çap et
🏆 Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin şagirdi BEYNƏLXALQ OLİMPİADADA UĞUR QAZANDI!
Məktəbin VIII a sinif şagirdi Allahverdiyeva Səadət Səlim qızı riyaziyyat və məntiq üzrə keçirilən SASMO – Singapore and Asian Schools Math Olympiad beynəlxalq olimpiadasında iştirak edərək GÜMÜŞ MEDAL qazanıb. 🥈
SASMO riyazi problem həlli, məntiqi düşünmə və analitik bacarıqların inkişafına yönəlmiş beynəlxalq riyaziyyat olimpiadalarından biridir.
Səadəti bu münasibətlə ürəkdən təbrik edir, ona təhsil həyatında daha böyük uğurlar arzulayırıq! 🌟
👏 Əhsən, Səadət! Səninlə fəxr edirik.
Kopyalandı



