• 03.02.2026 » 12:20

Tehranın ən böyük bazarında güclü yanğın olub

Tehranın ən böyük bazarında güclü yanğın olub © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün İranın paytaxtı Tehranda güclü yanğın hadisəsi qeydə alınıb. 

"Sabirabadxəbər.az" İran KİV-lərinə istinadən xəbər verir ki, Tehrandakı "Cənnətabad" bazarında genişmiqyaslı yanğın başlayıb. Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib və alovun qarşısının alınması üçün işlər davam edir.

Yanğının 2000 kvadratmetrlik anqarda başladığı və qısa müddətdə yayıldığı bildirilir. Hazırda yanğının nə qədər ərazini əhatə etdiyi dəqiqləşdirilir.

Xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı ilkin səbəblər araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva