• 25.01.2026 » 16:20

Temu Türkiyəyə xarici məhsul satışını dayandırdı

Temu Türkiyəyə xarici məhsul satışını dayandırdı © sabirabadxeber.az
Şrift ölçüsü:

Münasib qiymətə məhsul seçimləri ilə qısa müddətdə geniş istifadəçi auditoriyası qazanan “Temu” elektron ticarət platforması Türkiyə bazarında xarici mənşəli məhsulların satışını dayandırıb.

"Sabirabadxəbər" gzt.com-a istinadən xəbər verir ki, platformanın mobil tətbiqi və internet saytı vasitəsilə sifariş vermək istəyən istifadəçilər artıq yalnız Türkiyə daxilində fəaliyyət göstərən və ölkə içindən göndəriş edən satıcıların məhsullarını görə bilirlər.

İstifadəçilər axtarış etdikdə və ya məhsulları səbətə əlavə etməyə çalışdıqda, xarici məhsullar sistemdə görünmür.

Məhdudiyyət qərarının “Temu”nun Türkiyə ofisində qısa müddət əvvəl keçirilən rəsmi yoxlamalardan sonra tətbiq edildiyi bildirilir. Şirkət isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva