• 29.08.2026 » 13:03

Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü

Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

TƏBİB-dən "Sabirabadxəbər"ə bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il tarixində saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

27.08.2026-cı il tarixində saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.

Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və 27.08.2026-cı il tarixində saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Hadisə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva